Şadlıq sarayında oğurluq hadisəsi qeydə alınıb

CƏMİYYƏT 21 noy 2022, 15:14 104
Bakıda şadlıq sarayında qadının pulqabısı oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nizami RPİ 24-cü Polis Şöbəsinə rayon ərazisindəki şadlıq saraylarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 ABŞ dolları olan pul qabısının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ramal Mirişov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olması da məlum olub.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top