Narışkin Şimali Koreyaya üç günlük səfər edib

DÜNYA 28 mar 2024, 17:05 109

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Şimali Koreyaya üç günlük səfər edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Şimali Koreyanın rəsmi xəbər agentliyi “KCNA” məlumat yayıb. Məlumat sonradan XKX tərəfindən təsdiqlənib.

Səfər KXDR-dən Rusiyaya döyüş sursatı və Rusiyanın beynəlxalq sanksiyaları pozaraq KXDR-ə neftin tədarükü ilə bağlı xəbərlər fonunda baş tutub.

KCNA-nın hesabatında qeyd edildiyi kimi, “səfər martın 25-27-də baş tutub, tərəflər Pxenyanda “düşmən qüvvələrin intriqalarına cavab olaraq əməkdaşlığı daha da gücləndirmək üçün işgüzar məsələləri” müzakirə ediblər”. Xəbərdə həmçinin KXDR-in xarici iqtisadi işlər naziri Yun Conq-honun danışıqlar aparmaq üçün Moskvaya getdiyi vurğulanır.

Rusiya Xarici Kəşfiyyat Xidmətini məlumatında, Narışkinin Pxenyanda “xarici qüvvələrin təzyiqini artırmaq cəhdləri qarşısında qarşılıqlı əlaqələrin dərinləşdirilməsini” müzakirə etdiyi və danışıqların “isti, dostluq şəraitində” keçdiyi qeyd olunub.

Qeyd edək ki, “Financial Times” bu yaxınlarda Rusiyanın BMT-nin Pxenyana qarşı sanksiyalarına baxmayaraq, Şimali Koreyaya birbaşa neft tədarük etməyə başladığını yazıb. Qəzetin məlumatına görə, neft tədarükü martın 7-də başlayıb - bunlar BMT sanksiyalarının tətbiqindən sonra ilk sənədləşdirilmiş tədarüklərdir. Peyk çəkilişlərinə görə, mart ayında Rusiyanın Uzaq Şərqdəki Vostoçnı limanından ən azı beş Şimali Koreya neft tankeri çıxıb.

Musavat.com

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top