Qurban Qurbanov: "Cavab matçında daha məsuliyyətli olmalıyıq"

İDMAN 16 fev 2024, 08:47 77

Cavab matçında daha məsuliyyətli olmalıyıq.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis çox ciddi rəqibə qarşı oynadıqlarını bildirib: "Futbolçuları təbrik edirəm, çox əziyyət çəkdilər. Rəqibin sürətli oyunçuları var. Bu cür kollektivlər cavab görüşlərində istənilən nəticəni xeyirlərinə dəyişə bilirlər".

Qurbanov matçlardan əvvəl proqnozlara fikir vermədiyini söyləyib: "Bizim də xeyli təcrübəmiz var. İnanırdıq, bəlkə də dörd qol vurarıq deyə düşünmürdük. Futbolçulardan hər hücumda keyfiyyətli olmağı tələb edirik. Bu gün oyunumuz pis alınmadı. Amma cütün taleyi hələlik həll olunmayıb. Şanslar bərabərdir. Belə turnirlərdə böyük geridönüşlər görmüşük. Daha soyuqqanlı olmalıyıq".

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.//Report

https://bax.tv/idman-xeberleri/qurbanov-tarixi-qelebeden-danisdi-191915?utm_source=playerBaxTV&utm_medium=context_menu&utm_campaign=organic

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top