Teleaparıcıya nazirlikdə yüksək vəzifə verildi

ELM VƏ TƏHSİL 12 fev 2024, 09:35 287
"Xəzər" televiziyasının tanınmış aparıcısına yeni vəzifə verilib.

SOSİAL TV Manşet.az-a istinadla xəbər verir ki,  televiziyanın xəbərlər xidmətinin aparıcısı Azər Teymurlu müvafiq əmrlə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunda məsləhətçi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Azər Teymurlu "Xəzər" televiziyasında şef redaktor vəzifəsində çalışıb.

O, bir sıra önəmli layihələrin - "Aktual qonaq", "Yaşıl ekran" verilişlərinin və xəbərlər xidmətinin aparıcısı olub.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top