Zəngəzur erməniləri silah istəyir: “Azərbaycan Ordusu gələcək"

BÖLGƏ 16 mar 2024, 09:02 312

Fevralın 12-13-də Ermənistanın təxribatı nəticəsində silahlı toqquşmanın yaşandığı Zəngəzurun Nerkin-And kəndinin əhalisi yeni hərbi gərginlik olacağından narahatdır.

Globalinfo.az xəbər verir ki, “Hraparak” nəşri sözügedən kənddə sakinlərlə söhbətləşib və son durumla bağlı müzakirə aparıb.

Nerkin-And kəndinin icma rəhbəri Xaçatur Baqdasaryan deyib ki, atışma yoxdur, lakin fevral hadisələrindən sonra sakinlər təşviş içindədir:

“Eşidirik ki, müharibə ola bilər. Kənd camaatı narahatdır, lakin gündəlik qayğıları ilə məşğul olurlar. Hər gün sakinlərlə görüşürük, vəziyyətimizin necə olacağını soruşurlar. Qurumlardan cavab ala bilmirik”.

X.Baqdasaryan Azərbaycan Ordusunun hər hansı addımına qarşı əhalinin silahlandırılmasını təklif edib:

“Bizim özünümüdafiə vasitəmiz, heç nəyimiz yoxdur. Kənd camaatının silahlandırılması zəruridir. Məsələ ilə bağlı səlahiyyətli orqanlara müraciət edilib. Biz çoxdan silahlanmalıydıq, hər ailədə ən azı 1-2 silah olmalıdır”.

Qeyd edək ki, Ermənistanda müxtəlif bəhanələrlə mülki şəxslərin silahlandırılması ənənəvi hal alıb. Xüsusən sərhəd kəndlərdə əksər sakinlərin evində silah olduğu deyilir.

Xatırladaq ki, fevralın 12-də Ermənistan ordusunun Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. DSX-nin 13 fevralda keçirdiyi qisas əməliyyatı ilə sözügedən döyüş mövqeyi darmadağın edilib, 4 erməni hərbçi isə məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top