50 milyard dollarlıq ordu hazırlanır: irimiqyaslı müharibəyə gedirik – Babayan

BÖLGƏ 01 mar 2024, 12:11 431

“Ermənistanın müharibədən qaçmaq və regional proqramlardan kənarda qalmamaq üçün iki yolu var”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayan deyib.

O qeyd edib ki, Ermənistan bu yollardan hansını seçəcəyinə qərar verməlidir:

“Birincisi, Ermənistan Azərbaycanın qərb rayonlarının Naxçıvanla birləşdirilməsi üçün magistral yol verir. Bununla ölkənin suverenliyi qorunmuş olur. Lakin o zaman İrəvanın İranla problemləri olacaq, çünki Tehran Bakı üzərində nəzarəti itirəcəyi üçün buna qarşıdır. Bu gün Azərbaycan Naxçıvanla İran üzərindən əlaqə yaradır. Hazırkı iqtidar regionda kommunikasiyaların yaradılması ilə bağlı “sülhün kəsişməsi” adlı layihə təqdim edib. Amma bu bizi sülhə yox, müharibəyə aparır”.

Babayan Ermənistanın müharibəyə doğru addım-addım irəlilədiyini deyib:

“Türkiyə Naxçıvana 224 kilometr uzunluğunda dəmiryolu çəkir, bunun üçün tender də elan edib. Azərbaycan da Rusiyaya dəmiryolu xətti çəkib. Daha sonra Horadizə qədər yolu uzatdılar. İndi də deyirlər ki, biz dəmiryolunun öhdəmizə düşən hissəsini hazır etmişik, lakin Ermənistandan keçən hissəsi qalıb. İrəvan hökuməti də deyir ki, bu mövzunu müzakirə etməyəcək, belə bir məsələ onlar üçün gündəmdə yoxdur.

Ermənistan kommunikasiya üçün Qafan, Sisian, Dilican üzərindən yolların keçdiyini, Azərbaycanın bu yoldan istifadə edə biləcəyini deyir”.

Babayan Ermənistanın qarşısında 50 milyard dollarlıq ordu olduğunu xatırladıb:

“Türkiyə ordusunun büdcəsini 17 milyarddan 44 milyarda, Azərbaycan isə 2,8 milyarddan 6 milyarda çatdırıb. Yəni biz müharibəyə doğru irəliləyirik. Bir yol seçməliyik”.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top