ASALA terrorunun qurbanı olan türk diplomatlar üçün abidə tikiləcək

DÜNYA 27 apr 2024, 12:26 264
Ankara Böyükşəhər Bələdiyyəsi Kızılay Zəfər Parkında “Xarici İşlər Şəhidləri Abidəsi' tikiləcəyini açıqlayıb.
Sosial.tv xəbər verir ki, bu barədə Ankara Böyükşəhər Bələdiyyəsi açıqlama yayıb. ASALA tərəfindən öldürülən Xarici İşlər Nazirliyinin əməkdaşları və səfirlərin xatirəsi Ankara Vəkillər Kollegiyası Tədris Mərkəzi ilə Sıhhiyə Ordu Evi arasında yerləşən Zəfər Parkında tikiləcək abidə ilə əbədiləşdiriləcək.
Hazırlanacaq abidənin layihəsini seçmək üçün Ankara Böyükşəhər Bələdiyyəsi cari ilin yanvar ayında Xarici İşlər Nazirliyinə yazaraq yaradılacaq qiymətləndirmə şurasına nümayəndələrin təyin edilməsini istəyib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top