Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”

CƏMİYYƏT 27 apr 2024, 12:17 159

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı.
Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu.
Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?
Bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqil Cəfərov çıxış edib. Amil Xəilin müəllifi olduğu “Gəl danış” verilişinin eksperti Cavanşir Məmmədovun vəsiyyətinin yerinə yetirilməməsinə etiraz edib:
“Mən Cavanşir Məmmədovla efirdən kənarda da kostyumla dəfn məsələsi barədə danışmışdım. Onun atası da incəsənət nümayəndəsi idi, o da kostyumla dəfn olunmuşdu. Cavanşir müəllim də efirdə qonaq olanda dönə-dönə bunu vurğulayıb vəsiyyət etdi ki, mən də bu cür dəfn olunmaq istəyirəm. Mənə çatmır ki, ailəsi niyə onun vəsiyyətini yerinə yetirmədilər? Bu onun vəsiyyəti idi. O, bu fikrində ciddi və qəti idi. Bunu yerinə yetirməyə nə mane oldu? Bu elə də böyük və ya əlçatmaz arzu deyildi. O cür kişinin vəsiyyətini yerinə yetirməli idilər ki, ruhu şad olsun”.
Verilişdə qonaq olan Hacı Rahim isə məsələyə müdaxilə edərək vəsiyyətin yerinə yetirilməməsinin səbəbini açıqlayıb:
“Cavanşir Məmmədovun istəyi, vəsiyyəti ola bilər, amma elə vəsiyyətlər var ki, əgər şəriət bunu qəbul etmirsə, o vəsiyyət sayılmır. Ola bilər ki, onun istəyir bu olub, lakin ailə üzvləri, yaxınları biliblər ki, bu, şəriətə uyğun deyil”.//Yenisabah.az 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top