İsveçrə erməniləri arasında dava: Qarabağ separatçılarının əski parçası qalmaqala səbəb oldu

BÖLGƏ 10 mar 2024, 12:01 352

Ermənistan və Qarabağ erməniləri, xüsusilə də artıq məhv edilmiş qondarma qurumu yenidən dirçəltmək isyəyənlər arasında gərginlik Avropada da özünü büruzə verməkdədir. Bu günlərdə baş verən hadisə bunu bir daha təsdiqləyir. Ermənistan Respublikasının diasporla iş üzrə baş komissarı Zareh Sinanyanın Sürixin (İsveçrə) erməni icmasına qarşı dünənki təxribatçı və təhqiramiz davranışı bir çox icma üzvlərinin hiddətinə və qəzəbinə səbəb olub.

Musavat.com bildirir ki, erməni mediasına istinadən bildirir ki, bu barədə Sürixin erməni icmasının nümayəndəsi Manuk Malxasyan yazıb və video yayımlayıb.

“Klassik diaspora (qeyri-erməni) necə “keçmiş” və “rədd edilmiş” adlandırıla bilər? Və bütün bunların “səbəbi” Artsaxın günahsız bayrağı idi. Aşağıda bu görüşdən qısa bir epizod var”, o yazıb. İcma nümayəndələri bildiriblər ki, insident icma nümayəndələrindən biri Karo Ohanyanın çiyinlərində artıq 19-20 sentyabr 2023-cü il tarixli əməliyyatdan sonra cəhənnəmə vasil edilmiş “Artsax” rejiminin əski parçası ilə zala daxil olduqdan sonra başlayıb. Bu, Sinanyanın diqqətindən yayınmayıb və o, “çiyninizdə erməni bayrağı ilə gəlsəniz, yaxşı olar” deyə, reaksiya verib.

İcma nümayəndələri bildiriblər ki, Sinanyan özünü ədəbsiz aparıb, icma üzvlərini təhqir edib, onları “keçmiş” və “rədd edilmiş” adlandırıb.

“Sizi xalq rədd etdi, biz isə xalq tərəfindən seçildik, bunu bilin", - Sinonyan deyib. İcma nümayəndələri Sinanyanın bu davranışından qəzəblənib və onun diaspora arasında nifaq toxumu səpdiyini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top