Ana ilə oğlu narkotik satıb- VİDEO

KRİMİNAL 24 okt 2022, 11:33 99
Sosial.tv məlumat verir ki, bir ana və oğlu birlikdə bir neçə ay bundan əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Qeyd edilib ki, tutulanlar Sumqayıt şəhər sakinləridir. 
Sumqayıt Şəhər Polis İdarəsinin məlumatına əsasən, bu ilin əvvəlindən  narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 453 fakt aşkar edilib. Nəticədə qanunsuz dövriyyədən 30 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, o cümlədən heroin, tiryək, marixuana və metamfetamin, eləcə də 290 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Daha ətraflı video materialda.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top