Şəbnəm Nigara söz atdı

ŞOU 29 mar 2024, 11:13 471

Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb.
Şəbnəm "Nigar iki dəfə haqqımda söz gəlişi efirdə nələrsə deyib. Onun sözü mənim üçün külək kimi əsib gedib" cavabını verib.
Qeyd edək ki, illər əvvəl Nigar və Şəbnəm arasında qalmaqal yaşanıb. Mübahisəyə səbəb Şəbnəmin “Gucci” brendinə məxsus kəməri tərs taxması olub. Nigar qarşı tərəfi sosial şəbəkə hesabında ələ salaraq izləyicidən gələn "İlk baxışdan sevgiyə inanırsınızmı" sualına "İlk baxışdan sevgiyə yox, amma "Gucci"yə görə canım ağrıdı" sözlərini yazıb. Daha sonra Nigar "Maska" şousunda "Alov" obrazında səhnəyə çıxan məşhurun kimliyini tapmağa çalışarkən, "Qadın deyil, xoxan tiplidir. Qadın olsaydı deyərdim, Şəbnəm Tovuzludur. Çox isti bir insandır, danışanda yandırır" sözlərini söyləyib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top