“Ərim ölməzdən qabaq zəng etdi, acıladım” - Ülviyyə Namazova

ŞOU 18 apr 2024, 14:44 461

Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb.
Lent.az -ın xəbərinə görə, o iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını avtomobil qəzasında itirdiyini söyləyib.
“Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim. O öləndən sonra övladımız dünyaya gəldi. Qəza keçirdiyi gün onunla küsülü idik. Ölməzdən qabaq zəng etmidşi, acıladım, danışmadım. Sonra yenə zəng etdi, açmadım. Kaş açaydım. Bu peşmanlığı ömrüm boyu yaşayacam”, -  o bildirib.
Ülviyyə Namazova sonradan ikinci dəfə ailə qurduğunu və bu nikahdan sonra ikinci qızı doğulduğunu da qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top