Müəllim şagirdi ilə 2 ay məktəbdə cinsi əlaqədə oldu

HADİSƏ 26 mar 2024, 22:56 11681

ABŞ-ın Arizona ştatında müəllim iki ay ərzində məktəblini zorladığı üçün həbs edilib. 
Lent.az  bildirir ki, 23 yaşlı Alissa Todd məhkəmə qarşısına çıxarılıb. Amerikalı qadının əri onun əşyaları arasında seksual xarakterli əlyazma qeydləri, habelə 15 yaşlı yeniyetmə ilə yazışmalar tapıb. Bundan sonra istintaq başlayıb. Qadının qayınanası onun əleyhinə ifadə yazıb. 
Araşdırma zamanı məlum olub ki, müəllim 15 yaşlı şagirdi ilə yaxın münasibət qurub. Toddun şagirdlə ilə ən azı iki ay cinsi əlaqədə olduğunu sübut etmək mümkün olub. Bu görüşlərin bəziləri məktəbdə baş tutub.
Todd martın 20-də həbs edilib. Polis bildirib ki, o, bu il şəhərdə yeniyetmələr arasında seks cinayətlərinə görə həbs edilən üçüncü qadındır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top