Banan adı ilə aldığımız meyvə "afrika kartofu" imiş - Diqqət!

CƏMİYYƏT 25 mar 2024, 19:52 747

Banan çoxlarının sevdiyi meyvədir. Onu öz cinsindən olan plantainlə tez-tez qarışıq salırlar.

Lent.az banan və plantainin fərqi barədə məlumat verir.

Banan daha sarı, ətirli, yumşaq və şirin olur. Forması qövsvaridir, çiy yeyilir.

Plantain isə bir qədər yaşıla çalan, daha düz, bərk və uzun formada olur. Onlara bəzən bişirilən banan da deyirlər. Plantain Qərbi və Mərkəzi Afrikada, Karib adalarında, Mərkəzi Amerikada, eləcə də Cənubi Amerikanın şimalında əsas qida maddəsidir. Yeməklərdə kartof əvəzinə istifadə olunur. Plantainin dadı şit, kalorisi isə banandan daha çoxdur. Ondan dadlı mürəbbə də bişirilir.

Alarkən dediyimiz əlamətlərə diqqət edin ki, evinizə banan əvəzinə "afrikalı kartof" aparmayasınız.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top