Ərindən boşandı, aldığı alımentdən 16.5 milyard dollar ianə payladı

DÜNYA 21 mar 2024, 13:38 277
Amazon-un qurucusu Jeff Bezos keçmiş həyat yoldaşı MacKenzie Scott ABŞ-dakı xeyriyyə təşkilatlarına 640 milyon dollar (təqribən 1 milyard 88 milyon manat) bağışlayıb.
Sosial.tv BBC-yə istinadən xəbər verir ki, Scott boşanmadan aldığı böyük alimentdən sonra səxavətli ianələri ilə tez-tez gündəmə gəlir.
Scott və Bezos 2019-cu ildə boşanıblar. Boşanmadan sonrakı illərdə Scott ümumilikdə 16,5 milyard dollar pulu ianə kimi paylayıb.
Scott, bu il ianələrdən faydalanmaq üçün müraciət edən 6 mindən çox təşkilat arasından 361 kiçik təşkilatı seçdiyini açıqlayıb.
Bunlara Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU), İmmiqrant Qadınlar üçün Ədalət Assosiasiyası, LGBTQ+ hüquqları birlikləri və bəzi psixi sağlamlıqla bağlı birliklər daxildir.
Scott, "səsi zəif çıxan, ayrı-seçkilik və sistematik maneələrlə üzləşən fərdlərin və ailələrin səsini eşitdirmək üçün lazımlı işlər görən" birlikləri seçdiklərini söyləyib.
Yazıçı olan Scott Bezosla Amazonu qurmazdan bir il əvvəl evlənib və Scott şirkətin ilk işçilərindən biri olub. Onlar boşananda Scotta şirkətin səhmlərinin 4 faizi düşüb, onun sərvətinin böyük hissəsi buradan gəlir.
Forbes jurnalına görə, 37,5 milyard dollar sərvəti olan Scott dünyanın dördüncü ən zəngin qadınıdır.
Scott yaşadığı müddətcə sərvətinin yarısını bağışlamağa söz verib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top