Niger ABŞ hərbçilərini ölkədən qovur

DÜNYA 17 mar 2024, 21:01 116

Niger hakimiyyəti amerikalı hərbçilərə Afrika ölkəsinin ərazisində qalmaq hüququ verən ABŞ ilə hərbi müqaviləyə xitam verildiyini açıqlayıb.

Bu barədə Fransa mətbuatı məlumat yayıb.

"Niger hökuməti öz xalqının istək və maraqlarını nəzərə alaraq, Nigerdəki amerikalı hərbçilərin və Pentaqonun işçilərinin statusunu müəyyən edən sazişi dərhal ləğv etmək qərarına gəlib", - deyə Niger hökumətinin nümayəndəsi Amadu Abdraman bildirib.

Onun sözlərinə görə, sazişin özü 2012-ci il iyulun 6-da Vaşinqton tərəfindən Nigerə birtərəfli qaydada qəbul etdirilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top