Əlində 167,6 milyard dollar nağd pul var - Yatırmağa yer tapmır

İQTİSADİYYAT 26 fev 2024, 17:07 194
Əfsanəvi investor Uorren Baffetin şirkəti "Berkshire Hathaway", seyflərindəki nağd pul vəsaitlərinin rekord həddə çatdığını açıqlayıb.
Valyuta.Az xəbər verir ki, şirkət yeni cəlbedici yatırım və anlaşmalar tapmaqda çətinlik çəkdiyi üçün, ötən ilin dördüncü rübündə nağd pul ehtiyatlarının 167,6 milyard dollar təşkil etdiyini bildirib.
Buna rəğmən, şirkət dördüncü rübdə əvvəlki ilin eyni dövründəki 6,63 milyard dollarla müqayisədə 8,48 milyard dollarlıq əməliyyat mənfəəti açıqlayıb.
Şənbə günü şirkətin hesabatıyla yanaşı yayılan 93 yaşlı Baffetin ənənəvi illik müracətində də "yatırım üçün mənalı və cazibədar namizədlər olmadığı" vurğulanır: "Buna görə də şirkətin göz qamaşdıran performans nümayiş etdirəcəyi ehtimalı azdır".
Valyuta.Az

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top