Şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

İQTİSADİYYAT 17 apr 2024, 17:00 144

Bakıda yerləşən şirniyyat mağazasında istifadə müddəti bitmiş şirniyyatlar aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən Sosial.tv-yə verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 13A, mənzil 42 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əliyev Yasir Oqtay oğluna məxsus “Qat-Qat Cake Shop” şirniyyat mağazasında Agentlik əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, qida obyektinin satış vitrinində istifadə müddəti bitmiş tortlar aşkarlanıb. Həmçinin baxış zamanı temperatur rejiminə əməl olunmadığı, bəzi tortlarda isə aşkar kiflənmə əlamətləri müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək istehlaka yararsız məhsulların satışının qarşısı alınıb.


DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top