"Ədliyyə Nazirliyinin hüquqi varmı ki, bələdiyyələri birləşdirsin? Yox"- Deputat

DAXİLİ SİYASƏT 19 fev 2024, 13:39 146
“Siz paradoksa baxın. 100 mindən akt nəzərdən keçirilib məlum olub ki, bunların 96%-i qanunidir. Amma bələdiyyə problemləri bu faizin içindədir. Bələdiyyələr qanuni fəaliyyət göstərir axı. Mənə maraqlıdır bələdiyyə hakimiyyəti ilə başqa hakimiyyət münasibətləri məruzədə qeyd oluna bilərmi? Ədliyyə Nazirliyinin hüquqi varmı ki, bələdiyyələri birləşdirsin? Yox. Amma biz bunu istəyirik”.
 
SOSİAL TV xəbər verir ki, bu fikirləri deputat Nizami Cəfərov parlamentin Regional məsələlər komitəsinin iclasında bildirib.
 
“25 ildir bələdiyyələr fəaliyyət göstərir. Mənim yadımdadır ki, bələdiyyələr yaradılanda necə eyforiyada idik. Ümidlər çox idi ki, regionlarda vəziyyət düzələcək. Amma günbəgün ümidlər azalır. Anlayıram eyforiyadan sonra reallıqda ümidlər azalmalıdır, amma heçə enməməlidir”, - deyə deputat vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top