"Çox istərdik ki, xüsusilə ATƏT-in uzunmüddətli missiyası da müşahidə prosesində fəal iştirak etsin"- MƏZAHİR PƏNAHOV

DAXİLİ SİYASƏT 29 yan 2024, 11:43 140

"Növbədənkənar prezident seçkiləri ilə bağlı 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Məlumdur ki, ölkədə 6300-dən çox seçki məntəqəsi var. Hər məntəqəyə 15-ə yaxın müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, çünki onların müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var".

SOSİAL TV
xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Beynəlxalq müşahidəçilərin sayının 800-ə çatdığını bildirən MSK sədri əlavə edib: “Beynəlxalq qurumların yaxşı müşahidə aparmasını vacib hesab edirik. Çox istərdik ki, xüsusilə ATƏT-in uzunmüddətli missiyası da müşahidə prosesində fəal iştirak etsin. ATƏT-in müşahidəçilərinin vəzifəsi işğaldan azad bölünmüş ərazilərdə ciddi müşahidə aparmaq olmalıdır. Çünki biz bu seçkiləri Zəfər seçkisi adlandırırıq. Hamımız fəal olmalıyıq”.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top