Atəşkəsi pozan iki erməni hərbçisi məhv edilib

ORDU 13 fev 2024, 09:40 154
Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin iki hərbçisi məhv edilib.

SOSİAL TV xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
 
Məlumatda yaralıların olduğu da bildirilir.
 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğu barədə məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top