Yeyib-içdiklərinin tullantılarını zibil qablarına atmağa tənbəllik edənlər-Kimlərdir onlar?- "Neftçilər" parkından reportaj/FOTOLAR

ARAŞDIRMA 02 avq 2023, 19:33 173
Yay fəslidir. Təhsil müəssisələri də tətilə çıxdımı insanların çoxu ailəsi ilə birlikdə dincəlmək üçün fərqli-fərqli bölgələrə, məkanlara daha çox üz tuturlar. Bəziləri də yaşdıqları yerin yaxınlığında yerləşən parklara gəlirlər, restoranlarda əylənirlər, digərləri də bol yaşıllığın aləmi bürüdüyü təmiz havada gəzinib söhbətlər edirlər.
Bu gün əsaslı təmirdən sonra ölkə başçısı və birinci vitse-prezident Mehriban Əliyevanın açılışını etdiyi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən "Neftçilər" parkında olduq.
Biz burada olan müddət günorta çağı olduğundan az sayda insan var idi. Amma reallıq göz qabağında idi. Yaşıllığın geniş hektar əraziyə salınması, ahıl və qocaların onlar üçün yaradılmış istirahət guşələrində dincəlməsi, yeniyetmə və uşaqların əyləncəsi üçün  müxtəlif atraksionların, oyun elementlərinin yerləşdirilməsi ölkə başçısının yaşıllıq və abadlaşdırma istiqamətində əsaslı təmir və yenidənqurma işlərinə nə qədər önəm verdiyindən soraq verir.
Bu günki reportajımızda orada olan sakinlərə yaxınlaşaraq, parkın hazırkı vəziyyəti və onların istirahətlərinin ürəklərincə olub-olmadığına münasibliyi ilə bağlı fikirləri  və ya hər hansı təkliflərinin olub-olmamasıyla maraqlandıq.

“Uşaqlar üçün olan atraksionların satılıq yeyəcəklərin qiyməti əl yandırır”
  ​​​​​​
Mais Həmidov dedi ki, parkın durumundan razıdır. Lakin bir neçə neqativ halları da dilə gətirdi:
 “Bəzi vətəndaşlar uşaqlarını skamyanın üzərinə ayaqqabılı çıxarırlar, skamyalar artıq qopmaq üzrədir. Uşaqlar üçün olan atraksionların satılıq yeyəcəklərin qiyməti əl yandırır. Bundan başqa, zibil qutuları da azdır”.

“Qazonun üzərinə necə gəldi çıxmaq, yediyi yeməkləri cırtladıqları tumları yerə tökərək qaçan sakinlər var”
Sərtif Qurbanəliyev də parkdan razı olduğunu bildirdi Amma bir məsələ var ki ondan narazıdır:
“Bura 6 hektarlıq sahədir. Hər şərait yaradılsa da, bir neçə nəzarətçi də olsa, hər şey qaydasında olar. Qazonun üzərinə necə gəldi çıxmaq, yediyi yeməkləri cırtladıqları tumları yerə tökərək qaçan sakinlər var”.
Həmçinin, park ərazisində yerləşən restoranların xidmətinin də qiymətindən də şikayətləndi müsahibim.

“Sərinləmək üçün bulaqların olması, günvurma hallarının qarşısının alınması üçün ideal layihə olardı”
83 yaşlı Məmmədov Oruc təəssüflə bildirdi ki, parkın ərazisində bulaqlar olsa,  vəziyyət daha da yaxşı olar: “Hazırda avqust-Yandırıcı istilərin tüğyan etdiyi aydır. Sərinləmək üçün bulaqların olması, günvurma hallarının qarşısının alınması üçün ideal layihə olardı”.
Amma parkın vəziyyətindən olmasa da, insanların bəzilərinin davranışlarından şikayətlənən sakinlər və sosial işçilər də oldu.
Onlardan ikisi qəzetimizə danışmağa razılıq verdi.
Təsəvvür edin, burdan addımlıqda yerləşən zibil qablarına  tullamağa tənbəllik edirlər”

Nüsrət bəy bildirdi ki, parkın yaxın ətrafında yaşayır Hər axşam nəvəsiylə dincəlməyə gəlir:
“ İstirahət mərkəzlərinə getməyə imkanım yoxdur. Ona görə də hər axşam nəvəmlə təmiz hava almağa gəlirik. Bizim istirahətimiz üçün gözəl imkan ərsəyə gətirsələr də, bəzi insanlar bunu bilərək pozur. Tumları çırtlayıb yerə tökürlər, içkiləri içib şüşə və plastik butulkaları yerlərə atırlar. Təsəvvür edin, burdan addımlıqda yerləşən zibil qablarına tullamağa tənbəllik edirlər”.

“Bu, bizim işimizdir, narazılıq etmirəm. Amma təmizlikçi var deyə, insanların belə davranışları doğru deyil axı!”
Sosial işçi, parkın təmizliyinə baxanlardan biri olan Mehriban Hüseynova bildirdi ki,  bəzi insanlar onların əziyyətlərini yerə vurur:
“Əvvəl yeyib-içdiklərinin qalıqlarını yerə tökənlər üçün “20 manat cərimə olacaqsınız” elanı hər ağacın başına vurulurdu. Onların da bir xeyiri yox idi. Kobud desəm, düşüncəsiz insanlar yenə də və hazırda da bu cür hərəkətlərinə davam edirlər. Bu insanlara nə qədər şərait versən də, yenə də mənəviyyatsız hərəkətlərindən geri qalmırlar. Biz hər səhər işə gələndə demək olar ki, hər skamyanın altını və bütün  yaxın ətrafını bürümü tum qabıqları görürük. Hər dəfə min bir əziyyətlə təmiləyirik. Bu, bizim işimizdir, narazılıq etmirəm. Amma təmizlikçi var deyə, insanların belə davranışları doğru deyil axı”.
Müshiblərimlə danışdıqca vaxtın necə gəlib keçdiyini bilmədim. Parkı dolandıqca Mehriban Hüseynovanın sözlərinə haqq verdim. Qazon üstündə altlarına adyal sərərək oturub, hətta uzanıb piknik edənlərin bəziləri yeyib-içdiklərinin tullantılarını elə, ordaca qoyub getmişdi. Bir qadın isə yanındakı digər qadınla bərabər gözümüzün abağındaca tumları çırtlayıb yerə tökürdülər.
 
Bu istirahət parkı 1982-ci ildə salınıb. “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ötən ilin martından parkda yenidənqurma işlərinə başlanılıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb və velosiped yolları çəkilib, işıqlandırma işləri görülüb. Bu istirahət məkanında “IDEA” İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilib.

Parkın ərazisində neft buruğunun rəmzi olaraq “Stella” quraşdırılıb, yaşıllıqlar salınıb, 2 min yeni ağac əkilib, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cavanşir Rəhimovun 1999-cu ildə quraşdırılmış büstü bərpa edilib, büstün ətraf ərazisi yenidən qurulub, “Veteranlar guşəsi” və iaşə obyektləri yenilənib.

 İmamət İSMAYIL ƏDİL BƏYLİ
Xalqqazeti.az
 



































  




 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top