Şəhər və ağcaqanad- ARAŞDIRMA/REPORTAJ

ARAŞDIRMA 01 avq 2023, 14:37 172
  -Ay xala, bu zibili bura atma daa!
  -Nə edim e, bala! Zibil qutusu var?!
  -Görmürsən, birinci mərtəbədə yaşayanlar əziyyət çəkir?! Buna görə ağcaqanadlar da vızıltısıyla həyatımıza rəng qatır.
  -Hələ bəziləri var, zibili yuxardan birbaşa aşağı atır. Bu qədər mədəniyyətsizlik olmaz axı…
 Mübahisə dərinləşmədən sakitləşir.
Bu  möhtəşəm dialoq qonşu küçənin sakinləri arasında gedir.
Qulaq və göz şahidi olduğum bu söhbət həmin məhlədə yaşayan rəfiqəmin mənə gecə saat 300 –da ağcaqanad şikayətini xatırlatdı.
Ayniana mənə yazıb deyirdi ki…
“Qədimin küləklər diyarı, bu günün də fontan, göydələnlər şəhəri”ndə əsasən, yay aylarında qulağımızın dibindən qopan ağcaqanad vızıltıları həyatımızın tərkib hissəsi, “olmazsa, olmaz”larına çevrilir. Gecə mışıl-mışıl uyuyan həm şəhər həyatı, həm də, onun müvəqqəti sakinlərini də rahatsız etməklə qalmır, çox vaxt insana səhhətində problemlər xəstəliklər, allergiya kimi narahatlıqlar meydana gətirir.
 Getdikcə, qloballaşan bu problemin hələlik kiçik zərrəcikləri də ölkəmizdə “inkişaf”dadır. Bəs, görəsən, bu “inkişaf”a səbəb bizmi oluruq?
 Rəfiqəmin bu sualının ola biləcək cavabı məni də marağa bürüdü. Bu səbəbdən də iş çantamı belimə keçirib bu problemlərin ən çox olduğu yararsız binalara üz tutdum.
“Qədimin küləklər diyarı, bu günün də fontan, göydələnlər şəhəri” adlandırmaqda rəfiqəm haqlıydı. Dərə, təpəyə ehtiyac olmadan, az gedib, düz getsəm də, nəinki şəhər mərkəzində, hətta, yaşayışın olduğu mərkəzdən kənar yerlərdə də o qədər də ürəkaçmayan mənzərələrə rast gəlmədim. Redaktorum da həm,yaradıcı yazı tapşırdığından, həm də, vaxt məhdudiyyətindən elə qonşu küçəmizə səyahət etməyə qərar verdim.
Rəfiqəmlə birlikdə uşaqlıq illərimin ən çox keçdiyi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli, bina 15 küçəsinə daxil oldum. Burada həyatın bir üzü zəngin bir üzü yoxsul olmaqla, ikiyə bölünmüşdü  Uzun müddət idi ki, baş çəkmədiyim qonşu küçəmizin yoxsul üzü uşaqlıq həyatımın memuar havası soyuq külək axını kimi üzümə sillə çəkdi.
Blokları vahiməli, üfunət qoxulu, çirkab içində, sakinləri lift yerləri sökülüb əvəzində boşluq zibilxanaları qarşılayan blokların zirzəmisi hesab edilən yerlərdən şəlalər axan ağcaqanad səsiylə ahəngləşmiş beşmərtəbəli binaların mənzil sahiblərinin bu durumdan çox narahat olduqları danışdırmamış bəlli idi. Hədəfimizə daha real çatmaq üçün ikili həyat tərzini özündə əks etdirən bu küçənin fəqir simasının söhbət müsafiri olmaq üçün qapısını tıkkıldadıram.
Həmişə gözləmə içində olan həyatım bu dəfədə gözlənti yaşayır.  Nəhayət, pilləkənin altında sanki şəlalə axırmış kimi su axan 1-ci blokun və 1-ci  mərtəbəsində yerləşən 65-ci mənzilin qapısı hay-küylü açılır.  Daha sonra eyni mərtəbədəki 64-cü mənzil sakini də söhbətimizə qoşulur.
Elvira İbrahimova və Məryəm adlı xanımlar bildirir ki, bu binalar diqqətdən kənarda qalıblar.Müraciət etdikləri dövlət qurumları da şikayətlərə biganə qalır.
Məryəm xanım bildirdi:
“Gəlib təmizləsinlər. Binaların canınıa ditdili, ağcaqanad hopub.  Dövlət qurumları  heç bir tədbir görmür. Heç olmasa, binaları dərmanlasınlar ki, həşəratlar, gəmiricilər yığılmasın”.
Hər iki sakin dedi ki, bloklardakı bu cür vəziyyət çoxdandan mövcuddur.
Elvira İbrahimova vurğuladı ki, bu cür vəziyyətə görə uşaqları bronxit-asmadır:
“Bunlar hamsısı xəstəlikdir. Heç baxan yoxdur. Dövlət ancaq, şəhərin mərkəzindəki binaların blokların vəziyyətlərinə turistlərin marağına görə baxır. Amma kənar yerlərə diqqət göstərmirlər. Axı, burada da insan yaşayır. Uşaqlarım bu vəziyyətə görə bronxit-asmadır. 
 Mən Türkiyədə də yaşamışam. Bələdiyyə bir  müraciət kifayət edir. Qurum bütün binanın onun səlahiyyətinə aid olan çatışmazlıqlarını aradan qaldırır, uşaqlar üçün kiçik park, əyləncə yerləri düzəldir, gözəl mənzərələr təqdim edir. Bizim bələdiyyə isə heç nə etmir. Reaksiya versən də, qulaq asmırlar. Qonşularım da bələdiyyəyə müraciət etsələr də, baxan olmayıb”.
 Sakin bildirdi ki, ağcaqanadların, həşəratların yığılması sakinlərin özlərindən asılıdır:
“Yuxarı mərtəbədə yaşayan sakinlər aşağı zibil paketləri tullayırlar. Belə yerlərdə əlbəttə, gəmiricilər da, ağcaqanadlar da olacaq”.
Fikirlərində tez-tez yaşadıqları durumu Türkiyəylə müqayisə edən sakin:
“Mən də rəhmətlik anam da eyvanın qarşsını təmizləyirdik. Nə qədər təmizləsək də, yenə də atırlar.  Amma Türkiyədə belə deyil. Orada bir çöp yerə ata bilməzsən”- dedi.
Sakinlər ən çox həşəratlardan, üfunət iydən şikayətçi oldular.
Başqa bir sakin Asiya Məmmədova bildirdi ki, lift yeri olsa da, yerində zibillikdir:
“ Lift üçün qoyulmuş yerlərdə zibilliklər var. Divarlardan da su gəlir müraciətlər edirik. Müsbət nəticə yoxdur. Nəmişlik, rütubətdir, üstəlik, hər yerdən su axır. Belə yerdə də antisanitar şərait olur. Ağcaqanadlar, gəmiricilər üçün münbit vəziyyət baş verir. Bələdiyyədən dedilər ki, binaların altlarından su gedir. İşıq kabelləriylə birləşib. Buna görə də qorxduqlarını, müdaxilə etmək istəmədiklərini dedilər.
 Yaqut adlı sakin də Asiya xanımın fikirlərinə şərik oldu.
 Məsələylə bağlı Suraxanı Rayonu Qaraçuxur Bələdiyyəsindən münasibət öyrəndik.
Sədr müavini Arif Şahmuradov bildirdi ki, oradakı sakinlər narahat və çətin insanlardır. Zibilləri özləri yerə atırlar:
Bu bina yarımçıq bina olduğundan ümumiyyətlə, lift olmamalıdır. Məişət tullantılarına gəlincə, həmin binanın sakinləri özləri buna məhəl qoymur, tullantıları özləri binanın yaxın ətrafına atırlar. Bizə müraciət edilməyib. Bələdiyyəyə ən yaxın ərazidir. Müraciət olsaydı, dərhal gedib baxardıq. O binanın arxa hissəsində bizim sosial işçilərimiz bina sakinlərinin atdıqları məişət tulalntılarını yığışdırmaqla məşğuldurlar. Çox çətin və narahat insanlardırlar.  Həmin binadan bizimlə əlaqə quran vətəndaşlar var. Əgər şikayətçidirlərsə, bizə yazılı müraciət etsinlər”.
 Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi üzrə nümayəndəliyindən bildirdilər ki, onlar yalnız fərdi binaların problemləriylə bağlı səlahiyyətlidirlər.
Antisanitar şəraitlərdə ən çox həşəratların olmasını və Elvira İbrahimovanınantisanitar vəziyyətlə bağlı bronxit-asmadan əziyyət çəkən övladlarının səhhətlərinə daha da pis təsir etməsiylə bağlı və digər sakinlərin də sağlamlıqlarında problemlərin baş qaldırmasıyla bağlı da həkim mövqeyini öyrəndik.
 Farmakoloq, Tibb Universitetinin dosenti Aydın Əliyev qəzetimizə bildirdi ki, bu gün ən çox diqqətçəkən məqam ağcaqanadların çoxalması problemidir:
“Natəmiz nəm, rütubətli yerlər ağcaqanadların yığışmasına səbəb olur. Ağcaqanadların olmağı sübut edir ki, orada çirkli mənbələr var. Bu çirkli mənbələr həll olunmalıdır. Ağcaqanadların yayılması natəmizliklərin nəticəsidir. İstənilən ağcaqanad insan bədəninə hər hansı zəhərli maddə yeridir. Bəzi adamlar bu maddələrdən güclü allergik reaksiyalar verirlər. Problem ağcaqanadlarda deyil, problem insanalrın natəmiz saxlamğımızdan irəli gəlir. Əsas məsələ insanlardan asılıdır. Yaxşı ki, bu insan üçün zərərli sayılan həşərat sistemi var. Çünki onlar  insanların etdiyi səhvlərin nəticəsində baş vermiş problemlərin göstəricisidir.
 Həkimin sözlərinə görə, insanlar xəstəliyin ağırlaşması mərhələsinə qədər bu halı hiss etmirlər:
“Malyariyaparaziti anofelis ağcaqanad növünə yoluxur. Həmin həşərat  insanı dişlədikdə ondakı parazit qaraciyərə daxil olur, daha sonra qana keçir, sonrakı mərhələ isə qandakı eritrositlərin parçalanması baş verir. Nəticədə, insanda qızdırma olur  Bu ana qədər insanlar xəstəliyin təhlükəsini hiss etmirlər. Belə problemlərin olması qaraciyər, allergik və digər baş vermiş xəstəliklərin daha da ağırlaşmasına gətirib çıxarır. Qaraciyərdə problem olanda insanın bütün qan dövranı pozulur. 
Bu həşəratlar da ən çox bataqlıqlarda çirkab sularda yaşayır.
Ümumiyyətlə, ən çox binaların zirzəmilərində su olan yerlərdə bu hallar olur. Natəmiz yerlərdə suyun olması əsasdır ki, orada malyariya törədiciləri baş versin.  Bizi ağcaqanadların növləri yox təmizlik maraqlandırmalıdır. Natəmiz yerlərdə suların da olması istənilən xəstəliyi əmələ gətirir. Əsas məsələ, natəmizliyə qarşı mübarizə aparmaqdır”.
Rahat yaşamaq öz əlimizdəki mənəvi imkanlarımızdan da asılı olduğu bu yazı mənzərəsindən bir daha məlum olur. Əgər ictimai münasibətlərdə etik qaydalara azadlığımızın deyil, sərbəstliyimizin təqdim etdiyi normalara riayət etməsək, dövlət qurumları nə, sakinlərin davranışlarına görə öz biganəliklərini pərdəarxasında saxlamağa çalışmazlar, nə də, yaşamaq üçün ən üstün və vacib olan sağlamlığımız əldən getməz.
İmamət İSMAYIL ƏDİL BƏYLİ
Xalqqazeti.az






 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top