Uşaqlara şiddət edildiyi deyilən "uşaq evi"ylə bağlı RƏSMİ AÇIQLAMA

ARAŞDIRMA 10 iyl 2023, 00:02 146
Sosial şəbəkələrdə Azərbaycanda olan internat məktəblərinin biri ilə bağlı görüntülər yayılıb.
 

"Sosial.tv" xəbər verir ki, görüntülərdə uşaqlardan biri orada şiddət gördüyünü bildirib.

Məsələ ilə bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Sosial.tv"-yə xüsusi açıqlamasında bildirib ki, həmin görüntülər bir neçə müddət öncəyə aiddir:

"Həmin görüntüləri araşdırdıq. Görüntülərin 2017-ci ilə aid olduğu məlum olub. Bununla bağlı bütün istiqamətlər üzrə araşdırılmalar aparılıb, lazımi tədbirlər görülüb".

Teymur Mərdanoğlu hadisənin Şəki şəhərində olduğunu bildirsə də, hansı uşaq evində olmasını barədə məlumat verməyib.

 İmamət İSMAYIL ƏDİL BƏYLİ

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top