Deputat Emin Əmrullayevdən üzr tələb edir: "Yaxşı olar ki, üzr istəsin"

ARAŞDIRMA 10 iyl 2023, 20:00 184
Bu gün deputat Etibar Əliyev şəxsi feysbuk profilndə Elm və Təhsil Nazirliyi yanındakı İctimai Şuradan istefa verdiyini yazıb.
Deputat istefasının əsas səbəbini nazir Emin Əmrullayevlə olan şəxsi yazışmalarının yayılmasını göstərib. Etibar Əliyev həmçinin bildirib ki, nazirlik yanındakı İctimai Şura onun nazirlə yazışmalarının yayılmasının gündəliyə salınması fikrinə biganə qalaraq "yaşı 25-dən yuxarı gənc olmayanların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür" fikrinə münasibətinə irad tutublar.

 SİTAT: "Nazir tərəfindən şəxsi yazışmanın ictimailəşdirəlməsini mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə zidd hesab edirəm. Bu, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, Şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir. İclasda dəfələrə etdiyim təkidlərə baxmayaraq məsələ gündəliyə salınmadı. İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub nazirin söylədiyi “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimi pislədilər  və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar. Şura üzvlərinin bu hərəkəti "İctimai iştirakçılıq haqqında qanun"un fəlsəfəsinə ziddir".

Deputat daha sonra belə qeyd edib:

"Mənim təkliflərimdən biri də nazirin iclasda iştirakının təmin olunması idi. Bu təklifə ümumiyyətlə münasibət bildirilmədi. Bu günki müzakirə bir daha göstərdi ki, İctimai Şura yalnız bir adamın (Emin Əmrullayevin) təsiri altındadır və onun müdafiəsi ilə məşğul olur. Şura üzvlərinin nazir tərəfindən təlimatlandırılması isə açıq şəkildə görünürdü. Bir məsləni də qeyd edim ki, E. Əmrullayev Elm və təhsillə bağlı prinsipial məsələlərin heç birində Şura ilə məsləhətləşmə aparmayıb. Bütün bunları əsas götürüb, Elm və təhsil nazirliyinin yanında İctimai Şurada fəaliyyətimi qeyri - mümkün hesab edirəm və Şura üzvündən istefa verirəm".


"Sosial.tv" millət vəkilindən məsələ ilə bağlı münasibət öyrənib.

Etibar Əliyev saytımıza eksklüziv açıqlama verərək bildirib ki, nazir və ya nazir etdiyi bu səhvdən üzr istəsə təqdirəlayiq hal olar:

"Yaxşı olardı ki, nazir və nazirlik  bu hərəkətindən dolayı, ən azından, üzr istəsin. Hər kəsin şəxsi toxunulmazlığı var. Bu da Qanunvericiliyin 32-maddəsində əksini tapıb. Nazir özü bizim şəxsi yazışmamızı sosial şəbəkəyə ötürüb. Nazirin telefonu oğrulanmayıb ki?!  Nazir deyə bilər ki, telefonu oğrulanıb və ya kimsə onun profilindən  istifadə edib. Nazirin telefonuna kim müdaxilə edə bilər?!  Hər halda, bu, ictimai qınağa da səbəb olub".

Deputat həmçinin, nazirlə şəxsi yazışmalarının yayılmasıyla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib-etməyəcəyiylə  əlaqədar bunları deyib:
"O barədə hələ ki, qərar qəbul etməmişəm. Şikayətlə bağlı düşünürəm. Bu haqda qərarım olsa, açıqlayacağam".

Deputat nazirin "yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür" fikrinə də qınaq münasibəti bildirib:

"Mənim dövlətim vətəndaşların savadlanması üçün külli miqdarda vəsait xərcləyir. Cənab Prezidentin, "Heydər Əliyev Fondu"nun  təhsilin və elmin inkişafında  çox böyük xidmətləri var. Ölkə başçısının elmə və təhsilə verdiyi dəyəri biz bilirik. Hər zaman çıxışlarında gənclərimizin savdlı olmalı olduğunu vurğulayır. Digər tərəfdən isə ölkənin təhsil naziri deyir ki, yaşı 25-dən yuxarı 60 faiz şəxslər oxuduğunu  anlamır. Sonra da izah edəndə etmək istəyəndə başqa cür etməyə çalışırlar.  Hər bir adam kitabı oxuyur, orada qeydlər edir, bilmədiyini soruşur.  Mənim deputat kimi missiyalarımdan biri də insanlar savadlı, bilgili olmasına çalışmaqdır.  Mənim elmə dair nə qədər kitblarım məqalələrim var.  Nazir isə ağlasığmaz bir rəqəm ifadə edir. "YUNESKO"-nun  açıqlamasına görə bizim ölkədə savadlılıq yüz faizdir axı...  Belə olan halda, yuxarda bildirdiyim nüanslarla  nazirin  bu cür fkirləri paradoksallıq təşkil edir".

İmamət İSMAYIL ƏDİL BƏYLİ
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top