“Yaşıl enerji” konsepsiyasından istifadə etməklə enerjiyə qənaət edilir"

ENERGETİKA 03 noy 2022, 12:13 117
 “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda energetika naziri Pərviz Şahbazov bildirib ki, “Yaşıl enerji” konsepsiyasından  istifadə etməklə enerjiyə qənaət edilir.
  "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların xalis sıfır emissiyalı “yaşıl enerji” zonası kimi qurulması 2050-ci ilə karbon emissiyalarının 40 % azaldılması hədəfimizə doğru aparan yolun əhəmiyyətli hissəsidir".
   Onun sözlərinə görə, bu gün bütün səylərimiz bu innovativ təcrübənin geniş tətbiqinə, azad edilmiş ərazilərimizi enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə səfərbər olunub.
Nazir deyib ki, “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər təkcə bərpa olunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti təşviq edir: "Yəni, enerjinin ötürülməsində, paylanmasında ən effektli və "ağıllı'' sistemlərdən, istilik, soyutma və isti su təchizatında, həmçinin küçə və yolların işıqlandırılmasında “yaşıl” texnologiyalardan, elektrik nəqliyyat vasitələrindən istifadə, elektrik doldurma məntəqələrinin, tikililərin damında günəş panellərinin quraşdırılması, enerji səmərəliliyi kimi çoxşaxəli məsələlər əhatə olunur".
   P. Şahbazov xatırladıb ki, Zəngilanda “Ağıllı kənd” layihəsi “yaşıl enerji” konsepsiyasına uyğun olaraq bərpa olunan enerji mənbələrindən istifadə edilməklə və enerji səmərəliliyi tələbləri nəzərə alınmaqla həyata keçirilməkdədir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top