Dağlıq və dağ-ətəyi ərazilərə istilik verilməsinə başlanılıb

ENERGETİKA 01 noy 2022, 18:45 127
 Sosial.tv ASC-dən əldə etdiyi məlumata əsasən, bu gündən etibarən respublikanın dağlıq və dağ-ətəyi ərazilərinə istilik verilişinə başlanılıb.
 "Azəristiliktəchizat" ASC xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixləri bu sahədə mövcud olan Tikinti Norma və Qaydaları əsas götürülməklə xarici havanın  temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixinə kimi nəzərdə tutulur.
 Bu gündən etibarən respublikanın dağlıq və dağ-ətəyi əraziləri hesab edilən Şuşa (7+1 i/m), Şabran (6), Xaçmaz (8), Quba (3), Qusar (1) və Lerikdə (1) cəmi 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub. 
 Bakı şəhəri və respublikanın regionlarında olan digər 538 qazanxana və 87 istilik məntəqəsi isə 15 noyabr tarixindən işə qoşulacaq. Qeyd edək ki, istilik mövsümü ərzində istehlakçılar istilik enerjisi ilə tam təmin olunacaqlar.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top