"Eurovision" müsabiqəsində iştirakdan ilk Monteneqro imtina edib

MUSİQİ 16 okt 2022, 18:19 108
Sosial.tv "Eurovisionworld.com"-a istinadən məlumat verir ki,  bir neçə ölkə “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirak etməkdən imtina edib. 
Onlar Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstandır.
Müsabiqədə iştirakdan imtina edən ilk ölkə isə Monteneqro olub. Yerli yayım şirkəti RTCG bu qərarı onunla əsaslandırıb ki, ölkənin sadəcə iştirak etmək üçün kifayət qədər büdcəsi yoxdur.
Şimali Makedoniyanın MRT telekanalının məlumatına görə, ölkə iqtisadi və enerji böhranlarının yaratdığı yüksək xərclərə görə 2023-cü ildə İngiltərəyə  müsabiqə iştirakçısı göndərməyəcək. Lakin Şimali Makedoniya bu ilin dekabr ayında “Junior Eurovision” mahnı müsabiqəsində iştirakdan imtina etməyib.
Bunun ardınca Bosniya və Herseqovinanın BHRT yayım şirkəti də ölkənin müsabiqədə iştirak etməyəcəyini bildirib. Ölkə 2017-ci ildən maliyyə problemlərinə görə müsabiqədə iştirak etmir və bu il də, gələn il də musiqi yarışmasına “qayıtmaq şansı” yoxdur.
Bolqarıstandan olan “OGAE Greece” yayımçısı ölkənin bu il iştirak etməyəcəyini vurğulayıb. Əlavə edib ki, “bu proqram artıq onun üçün maraqlı deyil”, ona görə də yəqin ki, müsabiqədən həmişəlik imitna edəcək.
Bundan əlavə, Sloveniyadan olan iştirakçının da qarşıdakı müsabiqədə çıxışı şübhə altındadır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top