UNESCO Fikrət Əmirovun 100 illiyini qeyd edir

MUSİQİ 31 okt 2022, 13:41 105
  2022-ci ildə dahi Azərbaycan bəstəkarı, ictimai xadim Fikrət Əmirovun (1922–1984) anadan olmasının 100 illiyi tamam olur və yubileyə həsr edilmiş bir sıra silsilə tədbirlər keçirilir.
 Məlum olduğu kimi, 9-24 noyabr tarixlərində Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilmiş və bu yubileyin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiqlənib. 
 3 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və UNESCO-nun birgə təşkilatçılığı altında Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş musiqi axşamı Parisdə, UNESCO-nun Baş qərargahının konsert zalında baş tutacaqdır. Konsertdə Azərbaycan Respublikasının Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar artistlər Səbinə Əsədova, Babək Niftəliyev, gənc müğənnilər Selcan Nəsibli, Orxan Cəlilov çıxış edəcəklər. Konsert proqramına bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstani Bayatı-Şiraz”, “Azərbaycan süitası”, Fikrət Əmirov ilə Elmira Nəzirovanın həmmüəllifliyi ilə bəstələnmiş “Ərəb mövzuları əsasında Fortepiano konserti”, məşhur “Kor ərəbin mahnısı”, “Azərbaycan elləri” vokal inciləri və digər əsərlər daxildir. Yubiley konsertinin rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könüldür.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top