Gəncədə itkin düşən 18 yaşlı qız Bakıda TAPILDI

HADİSƏ 28 mar 2024, 16:35 289
Fevral ayının 7-də yaşadığı evdən çıxaraq itkin düşən Gəncə şəhər sakini 18 yaşlı qız tapılıb. 
Bizim.Media-nın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində 2006-cı il təvəllüdlü İlahə Xaliq qızı Cavadovanın Bakı şəhərində olduğu müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib. 
Məlumat üçün bildirək ki, İ. Cavadova Bakı şəhərində işləmək məqsədi ilə evdən çıxıb.
Yaxınları bir müddət ondan məlumat almadıqları üçün polisə onun itkin düşməsi barədə ərizə ilə müraciət ediblər. 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top