Bu ölkə rəhbərliyinə sui-qəsd planlaşdıran mütəşəkkil cinayətkar dəstə saxlanılıb

GÜNDƏM 23 mar 2024, 15:07 526
Qırğız Respublikasının xüsusi xidmət orqanları ölkə rəhbərliyinə sui-qəsd planlaşdıran transmilli mütəşəkkil cinayətkar qrupun 5 üzvünü həbs ediblər.
Sosial.tv xəbər verir ki, bu barədə RİA Novosti agentliyi Qırğız Respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Əcnəbi vətəndaşlar və beynəlxalq axtarışda olan şəxslərdən ibarət mütəşəkkil cinayətkar qrupların qanunsuz fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində əməliyyat tədbirlərinin təşkili zamanı transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan 5 Azərbaycan vətəndaşı (Əliyev V.M, Bağırov S.A, Əsgərov M.O, Behbudov M.S. və Məmmədov Z.İ) istintaqa cəlb edilib. 
Onun sözlərinə görə, saxlanılan şəxslər “kriminal mühiti gücləndirmək və oğru ideologiyasını yaymaq, habelə statuslarını artırmaq məqsədilə” ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək niytətilə Qırğız Respublikasına gəlməkdə şübhəli bilinirlər.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top