Qırmızı meydana giriş bağlanıb - OMON keşik çəkir

HADİSƏ 23 mar 2024, 09:12 190

“Crocus City Hall” konsert kompleksində baş verən terror aktından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın paytaxtı Moskvada Kremlin yerləşdiyi Qırmızı meydanı əhatəyə alıblar.

Publika.az  xəbər verir ki, meydana bütün girişlər bağlanıb, orada post-patrul xidməti və xüsusi təyinatlı mobil dəstə (OMON) keşik çəkir.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən qaçıblar. Silahlı hücum nəticəsində 60-dan çox insan ölüb, 147 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top