Emin Əmrullayev Göyçayda təmirə ehtiyacı olan məktəbə baxış keçirib

ELM VƏ TƏHSİL 22 yan 2024, 18:19 113

Elm və təhsil naziri Emin Əmrullayev Göyçaya səfəri zamanı təmirə ehtiyacı olan 9 nömrəli tam orta məktəbə baxış keçirib.

SOSİAL TV xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumt yayıb.

Məlumatda bildirilir ki, məktəbdəki mövcud şəraitlə tanış olan nazir müvafiq şəxslərə təhsil müəssisəsində aparılacaq təmir işlərinin sürətləndirilməsi üçün tapşırıqlar verib.

Məlumat verilib ki, cari ildə məktəbin layihələndirilməsi başa çatdırılacaq və dərhal sonra təmir işlərinə start veriləcək.

Qeyd edək ki, ötən il 40 təhsil müəssisəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə təmir-tikinti işləri həyata keçirilib. Cari ildə 38 təhsil müəssisəsində təmir-tikinti işləri aparılacaq. Hazırda layihələndirilməsi həyata keçirilən 32 təhsil müəssisəsinin təmiri və tikintisi planlaşdırılır.

Təhsil müəssisələrinin təmiri və tikintisi Elm və Təhsil Nazirliyinə dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində prioritetlik dərəcəsinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top