Əli Əsədovdan QƏRAR: Bu şəxslərə 20 min manat VERİLƏCƏK

DAXİLİ SİYASƏT 20 yan 2024, 17:11 279
Olimpiya ilə yanaşı, paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılacaq.

SOSİAL TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında” Azərbaycan Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
 
Qərarla paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılanlar siyahısına əlavə olunub.
 
 
 
Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top