"Ermənistan havadarları əngəllər törətməsə sülh müqaviləsinin imzalanacağı tarix uzaqda deyil"- DEPUTAT AYDIN HÜSEYNOV

DAXİLİ SİYASƏT 08 yan 2024, 18:55 123
Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə geridə qoyduğumuz ildə tarixi nailiyyətlər, möhtəşəm zəfərlər qazandı. Əlbəttə, ən böyük zəfər ərazi bütövlüyümüzün bərpası oldu. Bu gün Şanlı Azərbaycan Bayrağı onun bütün ərazisində qürurla dalğalanır.
Bu sözləri SOSİAL TV-yə Milli Məclisin üzvü Aydın Hüseynov açıqlayıb.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan 2023-cü ildə iqtisadi sahədə ciddi uğurlar əldə edib. Dövlət büdcəsi və ÜDM-nin həcmi artırıldı. 2023-cü ilin yanvar-noyabr aylarında 110 milyard 212 milyon 800 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8% çox ÜDM istehsal olunub ki, neft-qaz sektorunda əlavə dəyər 1,6% azaldığı halda, qeyri neft-qaz sahəsində 3,2% artıb.
"Ötən ilin yekununda artım 4,6% təşkil etmişdi. Lakin bu, beynəlxalq bazarlarda enerjidaşıyıcılarının qiymətləri üzrə konyunktur vəziyyətlə, həmçinin neft-qaz sektorumuzda hasilatın bu ildəkindən çox təşkil etməsi ilə əlaqədar idi".
Millət vəkili vurğulayıb ki, COP-29 la bağlı sevindirici xəbərin verilməsi ilin mühum siyasi qələbəsidir.
"COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən bir neçə gün ərzində qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu, ölkənin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ölkənin COP29-da ətraf mühitin dayanıqlılığı üçün vacib olan müzakirələrin və tədbirlərin irəliləyişində əsas rol oynamağa sadiqliyini vurğulayır".
A. Hüseynov onu da əlavə edib ki, Azərbaycan dövləti Ermənistanın kapitulyasyaya uğradıldığı tarixindən ona öz prinsipial şərtlərini çatdırıb.
"Azərbaycanla Ermənistan arasındakı münasibətlər xoşbəxt və firavan axara girməyə cəhd göstərir, lakin bunun üçün lazım olan hərtərəfli sülh müqaviləsi nə yaxındadır, nə də uzaqda. Sülh sazişi layihəsinin indiki koordinatı da sürüşkəndir, o gah Qərbə, gah da Rusiyaya doğru, belə demək mümkündürsə, əl dəyişdirir. Əgər Ermənistan havadarları əngəllər törətməsə sülh müqaviləsinin imzalanacağı tarix uzaqda deyil",- deyə o, qeyd edib.

SOSİAL TV

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top