Müdafiə Nazirliyindən hərbi maşının qəzaya uğraması ilə bağlı AÇIQLAMA

ORDU 11 noy 2022, 19:10 81
 Hərbi avtomobil idarəetməni itirərək yol kənarındakı sərnişin dayanacağına çırpılıb. Xəsarət alanlar var.
Bu barədə "Qafqazinfo.az" saytına Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib:
“Bu gün saat 16:00 radələrində N saylı hərbi hissəyə məxsus “QAZ 52” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı sərnişin dayanacağına çırpılıb. Daha sonra Xan Qərvənd kənd sakini Raqif Hüseynova məxsus VAZ-21099 markalı avtomobillə toqquşub. Hadisə zamanı mülki avtomobilin sürücüsü xəsarət almayıb. Hərbi avtomobildə olan 7 nəfər hərbçi müxtəlif dərəcəli xəsarətlər alaraq hospitala yerləşdiriliblər”.
Qeyd edək ki,  hazırda 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb, avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top