Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimindən video

ORDU 03 noy 2022, 13:11 119

 Sosial.tv Müdafiə Nazirliyindən əldə etdiyi məlumata əsasən bildir ki, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissələri ilə keçirilən təlimin növbəti mərhələləri üzrə tapşırıqlar icra edilib.
  Xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları və xüsusi əməliyyatlar yerinə yetirilib.
  Aviasiya və artilleriya vasitələrinin, eləcə də zərbə dronlarının dəstəyi ilə təyin edilən həddin və məntəqələrin nəzarətə götürülməsi üzrə fəaliyyətlər icra edilib.
  Plana uyğun olaraq xüsusi hazırlıqların yoxlanılması paralel davam etdirilir, o cümlədən yüksək dağlıq, meşəlik ərazilərdə döyüş tapşırıqlarının icrası və çətin maneələr sisteminin dəf edilməsi üzrə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yoxlanılır.
Xüsusi təyinatlıların təlimi davam edir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top