Əl-Əhram qəzeti Şeyxülislam Allahşükür Paşazadə həzrətləri haqqında məqalə dərc edib

XARİCİ SİYASƏT 31 okt 2022, 20:06 72
 Sosial.tv Qafqazislam.com saytına istinadən xəbər verir ki, Misir Ərəb Respublikasının Əl-Əhram qəzeti Şeyxülislam Allahşükür Paşazadə həzrətləri haqqında məqalə dərc edib. 
 Məqalədə Azərbaycan müsəlmanlarının dini rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin Bəhreyn Dialoq Forumu -“İnsan qardaşlığı” sənədi haqqında fikirləri yer alıb.
 O Bəhreyn Dialoq Forumunu bəşəri qardaşlıq və birgəyaşayış yolunda mühüm addım olduğunu vurğulayıb.
 A.Paşazadə açıqlamasında bildirib ki, bizim hamımız “İnsan qardaşlığı” sənədinin Əl-Əzhər Əl-Şərifin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Dr. Əhməd Əl-Tayib həzrətləri və Roma Katolik Kilsəsinin Papası Zati-müqəddəsləri Fransisk həzrətləri tərəfindən 2019-cu ildə Əbu-Dabidə imzalandığının şahidiyik. Bu, təkcə müsəlmanlar və xristianlar arasında deyil, həm də müxtəlif din və inanclara malik bütün xalqlar arasında birgəyaşayış və qarşılıqlı hörmət ideyasının gerçəkləşməsində böyük töhfədir.
 Azərbaycan və bütün Qafqaz müsəlmanlarının dini lideri, Müsəlman Ağsaqqallar Şurasının üzvü əlavə edib ki, iki böyük dini liderin imzaladığı bu mühüm sənədin prinsiplərini aktivləşdirmək, eləcə də onu ən yüksək beynəlxalq və vətəndaş cəmiyyətləri səviyyəsində dəstəkləmək və inkişaf etdirmək zəmanəmizin zəruri tələbidir. Uca Allahdan yer üzünə sülh və firavanlıq bəxş etməsini diləyən, insan qardaşlığına xeyirli dualar edən A.Paşazadə onu da qeyd edib ki, Bəhreyn Forumu bəşəriyyətin qardaşlığı yolunda tarixi əhəmiyyət kəsb edən daha bir addım kimi xatirələrdə qalacaqdır.
 Qeyd olunub ki, Bəhreyn Krallığı 03-04 noyabr 2022-ci il tarixdə Kral Əlahəzrət Həməd bin İsa Al Xəlifənin himayəsi altında “İnsanların Birgəyaşayışı üçün Şərq və Qərb” adlı Bəhreyn Dialoq Forumunu keçirməyə hazırlaşır. Böyük Əl-Əzhər Əl-Şərif Şeyxi, Müsəlmanlar Ağsaqqallar Şurasının sədri, Əl-İmam Əl-Əkbər Prof. Dr. Əhməd Ət-Tayib və Roma Katolik Kilsəsinin Papası Fransisk həzrətlərinin iştirak etdiyi forumda dünyanın 200-ə yaxın müxtəlif dini liderləri və təmsilçiləri, elm xadimləri və media nümayəndələri yer alacaqdır.
 Forum Müsəlman Ağsaqqallar Şurası, Bəhreyn Krallığının İslam İşləri üzrə Ali Şurası və Kral Həməd adına Sülh içində Birgəyaşayış Mərkəzinin birgə təşkitalçılığı ilə keçirilir.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top