Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedənlərin sayında azalma müşahidə olunub

TURİZM 18 dek 2020, 15:00 549
Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə azalaraq 1,135 mln. nəfər olub.
 
JİA.AZ "APA-Economics”ə istinadən veridiyi məlumata görə, ölkə vətəndaşlarının 29,7%-i İrana, 26,8%-i Gürcüstana, 18,9%-i Rusiyaya, 15,7%-i Türkiyəyə, 8,9%-i digər ölkələrə səfər edib. Gedənlərin 70,2%-ni kişilər, 29,8%-ni qadınlar təşkil edib.
 
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,5 dəfə, Gürcüstana gedənlərin sayı 4,8 dəfə, Rusiyaya gedənlərin sayı 4,2 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalıb.
 
Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 74,3%-i dəmir yolu və avtomobil, 22,9%-i hava, 2,8%-i isə dəniz nəqliyyatından istifadə edib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top