Çin: “ABŞ Ukrayna böhranından öz maraqları üçün fürsət kimi istifadə etməməlidir”

SİYASƏT 23 apr 2024, 14:43 76
ABŞ-nin dövlət katibi Entoni Blinkenin Pekinə səfəri ərəfəsində açıqlama verən Çin Xarici İşlər Nazirliyi ABŞ-dan Rusiya-Çin münasibətlərini korlamağı dayandırmağı tələb edib və Vaşinqtonu “Ukrayna böhranında öz məsuliyyətini” nəzərdən keçirməyə çağırıb.
Sosial.tv “Sputnik”ə istinadən xəbər verir ki, bəyanatda vurğulanıb ki, ABŞ həqiqətən də Ukrayna böhranında öz məsuliyyətini düşünməli, odun üstünə yağ tökməməli və bu böhrandan öz maraqları üçün fürsət kimi istifadə etməməlidir.
Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika və Okeaniya Departamentinin sözçüsü Vanq Venbin Blinkenin Çinə səfərindən əvvəl mətbuat konfransı keçirərək, Ukrayna böhranının ABŞ-Çin münasibətlərindəki yerini və onların Tayvan məsələsinə yanaşmasını dəyərləndirib.
"Ukrayna məsələsi Çin və ABŞ münasibətlərində gündəmə gətirilməli bir problem deyil" deyən sözçü ABŞ-ın bu məsələni ikitərəfli münasibətlərində problemə çevirməməli olduğunu vurğulayıb.
"Xəbərdarlıq edirik ki, başqalarını ləkələmək və günahlandırmaq Ukrayna problemini həll etmənin yolu deyil. Yeganə düzgün variant bütün tərəflərin ağlabatan təhlükəsizlik narahatlıqlarını nəzərə almaq və dialoq yolu ilə balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik strukturunu qurmaqdır” - Vanq Venbin deyib.
Çinli diplomat Ukrayna böhranının eskalasiya riski altında olduğunu qeyd edən çinli diplomat sülh danışıqlarının vacibliyini vurğulayıb: “Bu müharibə silahla deyil, danışıqlar yolu ilə bitməlidir. Siyasi iradə kimin qalib olub, kimin uduzacağına qərar vermək deyil, sülhün qalib gəlməsinə imkan verməkdir" dedi.
Venbin həmçinin ABŞ-ı Tayvanı silahlandırmaq və Çinin daxili işlərinə qarışmağı dayandırmağa çağırdıqlarını diqqətə çatdırıb.
Diplomat Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində keçməməsi lazım olan mühüm qırmızı xətt olduğunu da vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top