Avropa Parlamenti gürcü deputatlara sanksiya tətbiq edə bilər

SİYASƏT 24 apr 2024, 15:31 111
Avropa Parlamentində “Gürcüstanda xarici agentlər haqqında qanunun bərpası cəhdləri və vətəndaş cəmiyyətinə məhdudiyyətlər haqqında” qətnamə layihəsi hazırlanıb.
Sosial.tv yerli mediaya istinadla  məlumat verir ki, qətnamə aprelin 25-də səsə qoyulacaq.
Qətnamənin bəndlərindən birinə görə Avropa İttifaqı “xarici agentlər” haqqında qanunu dəstəkləyən Gürcüstan parlamentinin bütün üzvlərinə qarşı sanksiyalar tətbiq etməlidir.
Gürcüstanda “xarici agentlər” haqqında qanun qəbul olunarsa, Avropa Parlamenti də “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişviliyə və hakim partiyanın üzvlərinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top