Bəşər Əsəd: “Qərbdə haqqında danışılası dövlət adamı qalmayıb

SİYASƏT 22 apr 2024, 17:33 93
Sosial.tv “Sputnik”ə istinadən xəbər verir ki, “Qərbdə dövlət xadimi adlandırıla biləcək bir dənə siyasətçi qalmadı” deyən Suriya prezidenti Bəşər Əsəd Reyqan və Tetçer dövründən sonra bu insanların səhnədən silindiyini bildirib. Suriya lideri dünya liderlərini məsuliyyətsizlikdə də ittiham edib: “İndiki siyasətçilər artıq strateji düşünmürlər, qarşılarına qoyulan cari vəzifələri həll edirlər. Eyni zamanda, onlar artıq dedikləri sözlərə görə də məsuliyyət daşımırlar”.
Əsəd 1980-ci illərdən etibarən Qərb dünyasındakı siyasi mənzərənin kəskin şəkildə dəyişdiyinə diqqət çəkərkən, o dövrlə birlikdə kapitalizmin öz şərtlərini diktə etməyə başladığını və “ölkələrin şirkətə, ölkə liderlərinin isə şirkət menecerinə çevrildiyini” vurğulayıb.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top