Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

SİYASƏT 22 apr 2024, 16:44 120

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. 
Musavat.com xəbər verir ki,  bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.
Məlumatı onun vəkili Bəhruz Bayramov sosial şəbəkədə məlumat paylaşaraq təsdiqləyib.
Xatırladaq ki, ötən həftə Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. Yaxın günlərdə məhkəmənin başlanacağı gözlənilir. 
Qeyd edək ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbs edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top