Sumqayıtda 24 yaşlı oğul valideynlərini öldürdü

KRİMİNAL 19 apr 2024, 10:19 357

Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfər qətlə yetirilib. 
Sosial.tv xəbər verir ki, barədə Baş Prokurorluq məlumat yayıb. 
Araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top