Qarabağdan köçdü, Ermənistanda zorlandı - 13 yaşlı erməni qızın başına gələnlər...

KRİMİNAL 18 apr 2024, 15:33 898
Qarabağdan (Çəmbərəkənd kəndi) köçərək Ermənistanda məskunlaşan 13 yaşlı qız və anası iki nəfər erməni tərəfindən zorlanıb.
Sosial.tv bildirir ki, bu barədə erməni mətbuatı informasiya yayıb.
Məlumata görə ailəsi ilə Qarabağdan köçən qız Sotkda məskunlaşıb. Qızın anası Sotkda yerləşən hərbi hissədə xidmət edir. Ailəsi qızın Vardenisdə fəaliyyət göstərən musiqi məktəbində təhsil alması üçün Sotkdan olan taksi sürücüsü ilə razılaşıb və sürücü müntəzəm olaraq qızı dərsə aparırmış. Aprelin 11-də isə həmin sürücü qonşu Akunk kəndindən olan digər erməni ilə birlikdə qıza təcavüz ediblər.  Qızın vəziyyətinin ağır olduğu bildirilir. Sotk icmasının rəhbəri Sevak Xaçatryan yerli mətbuata məlumatı təsdiqləyib.
Ermənistan Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi də məlumat təsdiqləyib və şübhəli şəxslərin artıq həbs olunduğunu bildiriblər.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top