İngiltərəyə göndərdim dediyi həyat yoldaşını öldürübmüş

KRİMİNAL 16 apr 2024, 17:38 1139

Türkiyənin Antalya şəhərində dəhşətli qətl hadisəsi baş verib. 
Musavat.com xəbər verir ki, Abdüsselam A. 34 illik həyat yoldaşını bıçaqlayaraq öldürüb. 
Qatil şübhəlisinin qətldən sonra oğluna zəng edərək vəziyyəti izah etdiyi zaman hadisə üzə çıxıb. Abdüsselam A. 2 gün əvvəl namaz qılmaq üçün getdiyi məscidin axunduna həyat yoldaşını İngiltərəyə göndərdiyini dediyi öyrənilib. Özünün də arvadının yanına gedəcəyini bildirərək axunddan halallıq alıb. 
Həyat yoldaşını bıçaqladığı müəyyən edilən 69 yaşlı Abdüsselam A. evində yaxalanıb.
Abdüsselam A. polis tərəfindən nəzarətə alınıb. Türkan A. respublika prokurorunun araşdırmalarından sonra Antalya Ədliyyə Tibb Qurumuna göndərilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top