18 yaşlı oğlan bibisinin ərini niyə öldürüb? TƏFƏRRÜAT

KRİMİNAL 09 apr 2024, 22:52 597

Aprelin 6-da Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən 18 yaşlı Pərviz Əhmədova hökm oxunub.

Məhkəmədə bildirilib ki, 2023-ü ilin 28 oktyabr tarixində Pərviz münaqişə zəminində bibisinin əri olan 40 yaşlı Burhan Vahabovu güllələyərək öldürüb.

Belə ki, hadisədən əvvəl polisin keçirdiyi əməliyyatla Burhan, Pərviz və bir neçə qohumları saxlanılıb. Lakin sonra polis Burhanı sərbəst buraxıb. Bundan sonra Burhan başqa qohumlarına görə işə düşdüyünü danışıb və bəzi şəxslər haqqında fikirlər bildirib. O, bəzi qohumları ilə münasibəti kəsəcəyini deyib.

Bunu eşidən Pərviz bibisinin ərinin digər şəxslərin "üzünə durdu"ğunu bildirərək, münaqişə yaradıb. O, Burhanın evinə gedərək onu həyətə çağırıb və yaxın məsafədən atəş açaraq qətlə yetirib.

Məhkəmədə Burhanın həyat yoldaşı öz qardaşı oğlu olan Pərvizdən şikayətçi olduğunu deyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 aprel tarixli hökmü ilə Pərviz Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirli bilinib. O, 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. (Publika.az)

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top