Ukrayna müharibəsindən sonra Avropa Birliyinin genişlənməsi ilə bağlı islahat səsləri getdikcə ucalansa da, üzvlük sistemi ilə bağlı əlamətdar təklif birliyin iki ağır çəkisi olan Almaniya və Fransadan gəldi.
Sosial.tv -nin əldə etdiyi məlumata görə, təxminən 19 aydır davam edən Ukrayna müharibəsində danışıqlar masası hələ də uzaq variant kimi görünsə də, 27 üzvlü Avropa İttifaqında (Aİ) “təcili islahat” səsləri ucalmağa başlayıb.
Fransa və Almaniyanın sifarişi ilə bir qrup alim tərəfindən hazırlanan hesabatda birlik üzvləri 2030-cu ilə qədər Ukrayna kimi yeni üzvləri qəbul etməyə hazır olmaq üçün bir sıra islahatlar həyata keçirməyə çağırılıb.

Avropanın iki ağır çəkisinin ekspertlərinin hazırladığı hesabatda ittifaq üzvlərinin sayının 27-dən 36-ya yüksələ biləcəyi proqnozlaşdırılır.
Sözügedən hesabat Almaniya və ya Fransanın rəsmi mövqelərini əks etdirməsə də, oktyabr ayında Aİ liderinin İspaniyanın Qranada şəhərində keçirilən ardıcıl qeyri-rəsmi görüşlərində müzakirə olunacaq.
Hesabatı fransalı həmkarı ilə birlikdə Brüsseldə təqdim edən Almaniyanın Avropa naziri Anna Lührmann, "Aİ-nin genişlənməsinin bütün maraqlarımıza uyğun olduğu aydındır. Ona görə də hazır olmaq üçün indidən mümkün olan hər şeyi etməyə başlamalıyıq"-deyib.
Akademik və hüquqşünaslardan ibarət 12 nəfərlik işçi qrupunun hazırladığı və gələcəyin Avropası naminə işləmək vəzifəsi daşıyan hesabatda Avrozona və Avropa kimi sahələrdə dərin inteqrasiyaya malik ölkələrin “daxili çevrəsi”nin yaradılması (Şengen zonası və digər ölkələrə müxtəlif üzvlük dərəcələri təklif etmək) tövsiyə olunur.
Həmçinin bu çərçivədə, 'daxili çevrə' xaricində olan dairə, bazarda iştirak edən 'şərik üzvlərdən' ibarət olacaq. Norveç kimi ticarət blokuna çıxışı olan ölkələrin də buraya daxil edilməsi gözlənilir.

Son dövrəyə Böyük Britaniya kimi ölkələr daxil ediləcək və daha sıx iqtisadi əlaqələr üçün zəmin hazırlanacaq. Brüsselin tənqid etdiyi bürokratiyanın azaldılması lazım olduğunu bildirən hesabatda veto hüququndan istifadə etmək istəməyən ölkələrin qarşı çıxdıqları qərarlara tabe olmamaq üçün imkan yaradacaq “potensial istisnalar” da təklif edilib.
Almaniya və Fransanın İngiltərə və digər Avropa ölkələrinə 'şərik üzvlük' təklifi təklifi bu gün Britaniya mətbuatında ən çox danışılan mövzu olub.
Bəzi qəzetlər yeni “xarici təbəqə ilə üzvlük” təklifini “zeytun budağı” kimi qiymətləndirərkən, Brexiteers bunu “Avropa Birliyinin çarəsizliyi” kimi şərh etdi.
Birgə üzvlük planlarına əsasən, Böyük Britaniyanın bazarda iştirak müqabilində Aİ-nin illik büdcəsinə töhfə verməsi gözlənilir.
Xatırladaq ki, 2007-ci ildə Bolqarıstan və Rumıniyanı qəbul etdikdən sonra Avropa İttifaqı sonuncu dəfə 2013-cü ildə Xorvatiyanı daxil etdi.
Mənbə: Hurriyet.Tr
Aynur Camal