İkinci Dünya Müharibəsi zamanı batmış ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Yorktown” və Yaponiya İmperator Donanmasının “Akagi” və “Kaqa” təyyarədaşıyan gəmilərinin qalıqları Sakit Okeanın dibində görüntülənib. Ocean Exploration Trust sualtı tədqiqat qrupu ABŞ-ın ən böyük qorunan ərazilərindən biri olan Havay adalarının sahillərində yerləşən Papahanaumokuakea Milli Dəniz Abidəsində araşdırma aparıb.
Mütəxəssislər Yaponların ələ keçməməsi üçün batırdıqları Akagi və Kaqa gəmilərini ətraflı şəkildə araşdırılıb. Yeri 2019-cu ildə təsbit edilən Akagi 1942-ci ildə batdıqdan sonra ilk dəfə görüntülənib.
Bildirilib ki, sualtında araşdırmalar 5 gün davam edib.

Ocean Exploration Trust fondunun alimi Daniel Vaqner mətbuat konfransında "Bu tədqiqat təkcə tarixi və bu xüsusi yerlər haqqında biliklərimizi yenidən yazmır, həm də fənlərarası əməkdaşlığın sərhədlərini aşır" deyib.
43 saatdan çox müddət ərzində okeanın dərinliklərindəki qalıqları sistematik olaraq araşdırdıqlarını və bir çox detalı üzə çıxardıqlarını ifadə edən Vaqner, "Bir çox zenit silahı yuxarıya doğru işarə edirdi. Bu, gəmilərin son anları haqqında ipucu verir" deyib.
Mənbə: Hurriyet.Tr
Aynur Camal