60-dan çox döyüş mövqeyi nəzarətimizə keçdi

DÜNYA 19 sen 2023, 21:47
Xəbər verdiyimiz kimi, ordumuz Qarabağda konstitusiya quruluşunu bərpa etmək üçün antiterror əməliyyatına başlayıb.
Sosial.tv xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi əməliyyatla bağlı son vəziyyəti açıqlayıb:
“Ermənistan silahlı qüvvələrinə məxsus 20-dək hərbi texnika, 40-dək artilleriya qurğusu, 30-dək minaatan, 2 zenit-raket bölməsi, 2 “Martira” radioelektron döyüş stansiyası və digər hərbi texnika zərərsizləşdirilib”.
 Nazirlikdən verilən açıqlamada bildirilir ki, “Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
 Ermənistanın bəzi sosial media hesablarında Azərbaycan ordusunun mülki strukturları hədəf alması ilə bağlı yayılan məlumatların dezinformasiya olduğunu deyən Eyvazov bunun beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıdığını qeyd edib.
Mənbə: TrtHaber
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top